Line Production
Azərbaycanda beynəlxalq istehsallar üçün tam line production dəstəyi.
Məqsədimiz istehsal prosesinin bütün texniki və logistik yükünü üzərinizdən götürərək sizin yaradıcı işə fokuslanmağınıza imkan yaratmaqdır.
Geniş yerli təcrübəmiz və tərəfdaş şəbəkəmiz sayəsində həm tanınmış, həm də hələ kəşf edilməmiş unikal lokasiyaları layihələriniz üçün müəyyən edir, çəkiliş prosesinin ən yüksək standartlara uyğun həyata keçirilməsini təmin edirik. Komandamız nəqliyyat, qonaqlama, kastinq, büdcə idarəetməsi və gündəlik istehsal əməliyyatlarını koordinasiya edərək xarici prodakşnların Azərbaycanda rahat və səmərəli fəaliyyət göstərməsinə dəstək olur.
Bundan əlavə, Azərbaycan Respublikasında mövcud olan 40%-ə qədər cash rebate (nağd geri ödəniş) və digər vergi təşviqlərindən yararlanmaq üçün məsləhət və koordinasiya xidməti göstərir, layihənizin istehsal xərclərinin optimallaşdırılmasına kömək edirik.

- Yerli prodakşn koordinasiyası
- Lokasiya skautinqi və icazələr
- Logistika və nəqliyyat
- Yerli komanda və texnika
- Büdcə və cədvəl idarəetməsi
Hazırlıq
Lokasiyaları seçir, icazələri alır və yerli komandanı sizin briflə uyğunlaşdırırıq.
İcra
Çəkiliş günü logistika, texnika və koordinasiya bizim üzərimizdə — siz işə fokuslanırsınız.
Bağlanış
Bütün yerli prosesləri sonadək idarə edir, hesabatı və materialı təmiz təhvil veririk.
