Xidmət · 03 / 05

Post Production

Görüntü, səs və vizual effektləri bir araya gətirərək layihənizi yekun məhsula çeviririk.

Xidmət

Jabbarov Production layihələrin çəkilişdən sonrakı bütün mərhələlərini əhatə edən peşəkar post-production xidmətləri təqdim edir. Təcrübəli komandamız video montajı, rəng korreksiyası və color grading, motion graphics, vizual effektlər (VFX), 2D və 3D animasiya, eləcə də səs dizaynı sahələrində yaradıcı və texniki həllər təqdim edərək xammal görüntüləri yüksək keyfiyyətli yekun məhsula çevirir. İstər film, reklam, musiqi klipi, korporativ video, istərsə də rəqəmsal media layihələri olsun, hər bir layihənin vizual və emosional təsirini artırmaq üçün müasir texnologiyalar və beynəlxalq standartlara uyğun post-production xidmətləri göstəririk.

Kadrlar
Nə təhvil veririk
  • Musiqi və Soundtrack İnteqrasiyası
  • Titrlər və Altyazılar
  • Korporativ və Sosial Media Adaptasiyaları
  • Yayım və Rəqəmsal Platformalar üçün Çatdırılma
  • DCP Hazırlanması (Cinema Package)
  • Arxivləşdirmə və Master Faylların Təhvil Verilməsi
Necə işləyirik
01

Video Montajı (Editing)

Çəkilmiş materialların hekayəyə və layihənin məqsədinə uyğun şəkildə montaj edilməsi, ritm və vizual axının formalaşdırılması.

02

Rəng Korreksiyası və Color Grading

Görüntülərin rəng balansının tənzimlənməsi və layihənin vizual üslubuna uyğun peşəkar rəng işlənməsi.

03

Motion Graphics

Brend elementləri, animasiyalı mətnlər, infoqrafikalar və vizual qrafik həllərin hazırlanması.

04

Vizual Effektlər (VFX)

Kompozitinq, obyekt silinməsi, ekran dəyişdirmələri və digər vizual effektlərin yaradılması.

05

2D və 3D Animasiya

Məhsul təqdimatları, izahlı videolar və kreativ layihələr üçün 2D və 3D animasiya həllərinin hazırlanması.

06

Səs Dizaynı

Səs effektləri, atmosfer səsləri, musiqi və audio elementlərin işlənərək layihənin emosional təsirinin gücləndirilməsi.

Xidmət

Proyektini başlat.